Bu gün həbs olunan Eldar Həsənov kimdir? - DOSYE

Bu gün həbs olunan Eldar Həsənov kimdir? -


Xəbər verdiyiçiz kimi, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu həbs olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Bildirilib ki, Xarici İşlər Nazirliyində aparılan maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Qaynarinfo xəbər verir ki, Eldar Həsənov 10 oktyabr 1955-ci ildə Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.

1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışıb.

1993-cü ildə qısa müddət Daxili İşlər nazirinin birinci müavinivəzifəsini tutan Eldar Həsənov 9 noyabr 1993-cü ildən 22 mart 1995-ci ilədək Baş prokurorun birinci müavini olub. 22 mart 1995-ci ildə Baş Prokuror təyin olunub və 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın Prezidenti Heydər Əliyev tərəfindən vəzifədən azad edilib.

2000-ci ilin sentyabrından 2001-ci ilin martınadək Birləşmiş Millətlər Təşkilatı Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq Proqramının Türkiyə və MDB ölkələri üzrə Koordinatoru vəzifəsini tutan Eldar Həsənov mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib. Bununla da o, Azərbaycanın Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olub.

2013-cü ilin 28 martınadək bu vəzifəni tutan sabiq Baş prokuror həmin gün Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri edilib. Həmin vaxtdan bu vəzifəni tuturdu.

Eldar Həsəovun adı bu günə qədər dəfələrlə korrupsiya və beynəlxalq qalmaqallara qarışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...