Tofiq Yaqubluya qan köçürülüb

Tofiq Yaqubluya qan köçürülüb

Həbsdə 15 gündür aclıq aksiyası keçirən siyasi fəal Tofiq Yaqubluya qan köçürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həkimi Adil Qeybulla jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, T. Yaqublunun vəziyyəti aclıq aksiyasına adekvatdır: “Onun həm çəkisində, həm də qan göstəricilərində dəyişiklik var. Qan göstəricilərinin aşağı düşməsi tendensiyası müşahidə edilir. Bütün bunlara görə, biz məcburən müəyyən tədbirlər gördük. Ona qan və plazma köçürülməsi işinə başladıq. Bu fonda Tofiq Yaqublunun vəziyyətini ümumi stabil saymaq olar. Huşu özündədir. Hamıya salam deyir və optimist əhval ruhiyyədədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...