Yaqublu ilə bağlı ədalətli qərar verildi - Cəfəroğlu

Yaqublu ilə bağlı ədalətli qərar verildi -

Tofiq Yaqublunun həbs edilməsi yanlış qərar idi, indi isə ədalət bərqərar oldu.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması haqda danışarkən deyib.

O bildirib ki, Tofiq Yaqublunun azadlığa buraxılacağına şübhəm etmirdi:

“Tofiq mərd, vətənpərvər, Azərbaycanı sevən insandır. O, nəinki qadına, heç kişiyə belə əl qaldırmaz. Mən onu yaxşı tanıyıram. Bu mənada məhkəmənin qərarını ədalətli və humanist hesab edirəm.

Lakin bu o demək deyil ki, hər kəs istədiyi kimi qanun pozuntusu edəcək, məsuliyyətə cəlb edilməyəcək. Ölkədə cinayət törədən hər kəs cəzalanacaq. Tofiq Yaqublu isə günahsız idi, ona görə də bu gün azad edildi və ədalət öz yerini tapdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...