DTX-nin tutduğu rəis həbsdən buraxıldı

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Gundeminfo.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...