“Mənim nəvəm də ön cəbhədə düşmənə qarşı vuruşur” - Deputat

“Mənim nəvəm də ön cəbhədə düşmənə qarşı vuruşur” -

"Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədovun nəvəsi hazırda şiddətli döyüşlərin getdiyi ön cəbhədə düşmənə qarşı vuruşur".

Yenisabah.az xəbər verir ki bu fikirləri deputat Elman Məmmədov AzTV-də canlı yayımda çıxışı zamanı bildirib.

Elman Məmmədov nəvəsinin ön cəbhədə hərbi xidmət etməsindən qürur hissi keçirdiyini söyləyib:

"Mən bunu heç yerdə deməmişəm. Hazırda döyüşlərin getdiyi cəbhə bölgələrindən birində mənim də nəvəm xidmət edir. Mən buna görə çox fəxr edirəm. Allah bütün əsgər balalarımızı qorusun!".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...