Semyon Peqov Qarabağdan qaçdı

Semyon Peqov Qarabağdan qaçdı
Qarabağda döyüşlər şiddətlənən günlərdən etibarən cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​“WarGonzo”nun jurnalisti Semyon Peqovun Qarabağı tərk etdiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, jurnalist bu barədə “Wargonzo”nun Teleqram kanalında məlumat verib. O, hazırda Rusiyanın Xabarovsk vilayətində olduğunu bildirib.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...