“Sağ qolum Zəngilan, sol qolum Qubadlıdır” - Millət vəkili

“Sağ qolum Zəngilan, sol qolum Qubadlıdır” -
Dünən Ali Baş Komandan Zəngilan şəhəri də daxil olmaqla rayonun 6 kəndinin işğaldan azad edilməsi xəbərini verdi. Sevincimin həddi-hüdudu yox idi.

Vətən nisgili bir ayrı dərddir. O dərdi vətənsizlər daha dərindən hiss edir.

Baxmayaraq ki, Zəngilanın işğalından 27 ilə yaxın zaman keçmişdi, ancaq o torpaqlara qayıtmaq eşqi, inamı tükənməmişdi. Hər zaman içimdə bir inam vardı. O inam ki, mənim və digər torpaq həsrətilə yaşayanların torpağa qovuşma anı idi.

Ermənistan tarixən qəsbkar və işğalçı olub. Özgə torpaqlarına göz dikib. Ancaq belə bir atalar məsəli var. “Özgə atına minən tez düşər”. İndi Ermənistan bu vəziyyətdədir. Mənim kimi yurdundan, yuvasından elindən obasından didərgin düşən hər kəs o yerlərə qayıtmağın xəyalı ilə yaşayırdı. İşğalçı Ermənistan belə şeyləri anlamaz. Çünki onların içində insanlıq yoxdur.

Yaşasın müzəffər Azərbaycan ordusu! Var olsun Ali Baş Komandan!.

Vətən müharibəsində xalq, dövlət ordu bərabərliyi bizi qələbəyə daha da yaxın edir. Mən hər zaman demişəm. Sağ qolum Zəngilan, sol qolum Qubadlıdır. Özümü heç zaman bu torpaqlardan ayrı hiss etməmişəm.

Çox şükürlər olsun ki, xəyallarımız gerçək olur.

Daha böyük qələbələrə doğru!

Qarabağ Azərbaycandır!

İmamverdi İsmayılov,
Milli Məclisin deputatı

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...