Livan və Suriya erməniləri Qarabağdan QAÇIR

Livan və Suriya erməniləri Qarabağdan
Ermənistanın rəhbərliyinin müxtəlif vədlər vıə yalanlarla Qarabağa köçürdüyü ermənilər bölgəni tərk etməyə başlayıb.

Modern.az xəbər verir ki, bu ilin əvvəllərində Livandan Şuşaya köçürülən Livan erməsini Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib. Şuşada aşpaz işləyən Hacara oktyabrın əvvəllərində həyat yoldaşı və qızı ilə birlikdə Qarabağı tərk edərək, Ermənistanın paytaxtı Yerevana gedib.

Onun Qarabağı tərk etməsinin səbəbi həm təhlükəsizliklə, həm də Qarabağda yaşamağın mümkünsüzlüyü ilə bağlıdır. Yerevandan Qarabağa köçü planlaşdırılan daha 3 ailə Azərbaycan Ordusunun uğurlu əks-hücumları fonunda Qarabağa gəlməkdən imtina edib. Onların Tufenkyan fondunun vasitəçiliyi ilə Qarabağa gətirilməsi planlaşdırılırdı.

Paralel olaraq, 2015-ci ildən Qarabağa köçürülən və Qubadlı rayonunun artıq işğaldan azad olunmuş Xanlıq kəndinə köçürülmüş Suriya ermənisi, keçmiş hərbçi Hraç Qevorq da ailəsi ilə birgə Azərbaycan ərazilərini tərk edib.

Onun hazırda Gorus şəhərinə köçdüyü xəbər verilir. Onunla birlikdə 400-dən çox Suriya və Livan erməsini də Qarabağı tərk edərək bölgədən qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...