Lotu Qulinin klanında nə baş verir? – Sensasion iddia

Lotu Qulinin klanında nə baş verir? –

Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından sayılan Rafət Əmirovun (Rafət Əli-Bayramlinski) “oğru dünyası”nın ali titulundan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu sensasion məlumatı Rusiya mediası yayıb. Məsələnin maraqlı tərəfi budur ki, Rafət Əmirovu “qanuni oğru” titulundan məhrum edən Lotu Qulinin klanıdır. İddia olunur ki, Rafət Əmirov Nadir Səlifovun klanına daxil olan ən zəif həlqə olduğuna görə Lotu Qulinin ölümündən sonra ondan qurtulmaq qərarına gəlinib.

İddialara görə, Rafət Əmirov Nadir Səlifovun klanına daxil olduqdan sonra narkoticarətdə adı hallanmağa başlayıb. “Oğru qaydaları”na görə, “qanuni oğru”lar bu qara bizneslə məşğl ola bilməz. Ona görə də “qanuni oğru”lar Rafət Əmirova bu ləkəni üzərindən armaq üçün şans verib. Amma deyəsən, onun addımları “qanuni oğru”ları qane etməyib.

Rafət Əmirovun azərbaycanlı “qanuni oğru”, Nadir Səlifovun klanı ilə münasibətləri kəskin olan Əli Heydərovun (Albert Rıjı) killer tutaraq Lotu Qulinin klanına savaş açacağı barədə dedikləri isə onun sorğu-suala çəkilməsinə səbəb olub.

Rus mediası yazır ki, bir neçə gün əvvəl Nadir Səlifovun qardaşı, hazırda klanın rəhbərlik edən “qanuni oğru” Namiq Səlifovun (Namiq Bakinski) başçılığı ilə Türkiyədə “razborka” olub.

“Çətin suallar”a cavab verə bilməyən Əli-Bayramlinski “Hər şeyi özünüz görəcəksiniz” deməklə vəziyyətdən çıxmağa çalışıb. Lakin bu situasiyanı daha da qəlizləşdirib. İddia olunur ki, Rafət Əmirov tituldan məhrum edilib, hətta döyülüb.

Bu məlumatın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Nəzərə almaq lazımdır ki, Nadir Səlifov və klanı kriminal dünya üzrə ixtisaslaşmış rus mediasının hədəfində olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...