Gülər Əhmədova Hafiz Hacıyevin müavini olacaq

Gülər Əhmədova Hafiz Hacıyevin müavini olacaq
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Müasir Müsavat Partiyasına üzv olub.

Gundeminfo.az bildirir ki, bu barədə məlumatı Hafiz Hacıyev moderator.az-a təsdiq edib.

Gülər Əhmədova bu günlərdə adıçəkilən partiyaya üzvlüyə qəbul olunub və tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayda partiya sədrinin müavini postuna gətiriləcək. Onun beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələləri kurasiya edəcəyi bildirilir.

Gülər Əhmədova da məlumatı təsdiqləyib.

Gülər Əhmədova YAP-ın fəal üzvlərindən olub və partiyanın dəstəyi ilə Milli Məclisin deputatı seçilib. 2012-ci ildə ABU-nun sabiq rektoru Elşad Abullayevlə bağlı məşhur qalmaqalda Milli Məclsi üzvlüyündən istefa verib. Daha sonra deputat mandatından mərhum edilib. Qısa müddət həbsdə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...