Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək - FOTO

Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazıb.

Nazirliyin əməkdaşları ailə ilə görüşərək, yaşayış vəziyyətlərini öyrənib.
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək -

Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.

Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.
Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik!

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...