Əliağa Kürçaylı küçədə qızları öpən oğlanı döydü - VİDEO

Əliağa Kürçaylı küçədə qızları öpən oğlanı döydü -


Moskvada yaşayan azərbaycanlı gənc Bakıda yenidən qeyri-adi layihə hazırlayıb. AzVision.az-ın məlumatına görə, bu dəfə Nizam Qəribov adlı video-bloqqer və dostu küçədə bir qıza qarşı zor tətbiq edərək ətrafdakı şəxslərin reaksiyasını öyrənməyə çalışıblar. Bu zaman ətrafda olan gənclər video-bolggerin hazırladığı sujeti həqiqət bilib sərt reaksiya veriblər.

Bloqqerə sərt reaksiya verən şəxslərdən biri də ötən il adı yol polisi ilə qalmaqalda hallanan Azərbaycanın tanınmış şairi, mərhum Əliağa Kürçaylının nəvəsi Əliağa Kürçaylı olub. Əliağa Kürçaylı da Nizam Qəribovun video sujetini həqiqət bilib gəncləri döyməyə cəhd edib. Qeyd edək ki, N. Qəribov bir müddət öncə Moskvada "öpüş aksiyası" keçirib. O, küçə ilə keçən qızları öpməyə cəhd edib. Xatırladaq ki, Ə. Kürçaylı ötən il Bakıda idarə etdiyi “Porsche” markalı maşını yol polisinin üstünə sürməklə gündəmə gəlmişdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...