Kürdəmirdən seçilmiş deputat Belçika sakini imiş

Kürdəmirdən seçilmiş deputat Belçika sakini imiş


Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Brüsseldə yaşayan Müslüm Məmmədov 14 387 səs toplayaraq qalib gəlib. O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan deputatlığa namizəd Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatlığa namizədin 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

Ofisi Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika)./strateq



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...