“Unibank” rəsmən çökür: filiallar bağlanır
“Unibank” çökür. TİA.AZ-a daxil olan xəbərə görə, bankın filialları bir-bir bağlanmaqdadır. Hazırda bankın Xətai filialı da fəaliyyətini dayandırıb. Eyni zamanda kütləvi şəkildə işçilərin ixtisarına başlanıb. Bank üzləşdiyi maliyyə böhranı və manatın devalvasiyası olunması ilə rəsmən fəaliyyətini məhdudlaşdırmaq qərarı verib. Yaxın vaxtlarda başqa filialların da bağlanacağı gözlənilir. Bu arada isə “Unibank”ın sabiq əməkdaşı Sahib Ağayev ASC-yə qarşı 540 min manat məbləğində vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə iddia ərizəsilə müraciət edib.
Sahib Ağayev moderator.az-a verdiyi məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında “Unibank” KB ASC-də aparıcı kredit mütəxəssisi vəzifəsində çalışdığı zaman fiziki şəxslərə borc öhdəliyi yaranıb. Sahib Ağayev deyib ki, məhkəmə hökmü ilə təqsirli hesab olunmadığı halda, 2012-ci ilin əvvəllərində bank rəhbərliyi borc pul aldığı dost, tanış və qohumlarını banka çağıraraq, onun dələduz olmağı, başqa insanları da aldatmağı barədə yalan və alçaldıcı məlumatlar verib.
Bunun nəticəsində də insanlarda ona qarşı nifrət hissi oyanıb və o, təzyiqlərə məruz qalıb. Şikayətçi bildirir ki, AR CPM-nin 21-ci maddəsi olan “Təqsirsizlik prezumpsiyası”nın 1-ci bəndinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. “Eyni zamanda hadisə baş verən zaman “Unibank” KB ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov öz şəxsi otağında bank əməkdaşı Davud Rzayev, çalışdığı filialın meneceri Rəşad Abdullayevin şahidliyi ilə mənim danışmağına imkan vermədən, 3 gün müddətində pulu banka ödəmədiyim təqdirdə, həmin məbləğin üzərinə eyni məbləği əlavə edərək sifarişlə məni həbs etdirəcəyi, həbsxanada öldürtdürəcəyi ilə təhdid edib”-deyə şikayətçi söyləyib.
728 dəfə oxundu