4 min ildən çox yaşı olan ənənə - hərbi çevrilişlər

4 min ildən çox yaşı olan ənənə -
Fevralın 25-də Ermənistanda baş verən hadisələr dünya mediasında hərbi çevriliş cəhdi kimi qiymətləndirildi. Ordu Baş Qərargahının baş naziri istefaya çağırması Ermənistanda hərbi çevriliş baş verdiyi ilə bağlı şərhlərə səbəb oldu.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan baş nazirin İsgəndər raketləri ilə bağlı açıqlamasına istehza etdiyi üçün vəzifəsindən azad edilib. Bunun ardınca Ermənistan ordusu Baş Qərargahının 40-a yaxın hərbçisinin imzası ilə baş nazirə müraciət ünvanlanıb. Baş qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirlərinin imzaladığı məktubda hərbçilər baş nazirin uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edərək Paşinyanı istefaya səsləyiblər.

Baş nazir Nikol Paşinyan da hərbçilərin hərəkətini çevriliş cəhdi adlandıraraq tərəfdarlarını meydana çağırdı. Paşinyanın reaksiyası hakimiyyət dəyişikliyinin qarşısını alsa da, bu ölkədə siyasi gərginlik davam edir.
4 min ildən çox yaşı olan ənənə -

Ermenistan'da darbe girişimi: Paşinyan halkı sokağa çağırdı - Son Dakika Haberleri

Ermənistanda baş verənlər yenidən hərbi çevrilişlər mövzusunu gündəmə gətirdi. Hərbi çevriliş nədir, necə baş verir və hansı əlamətləri ilə xarakterikdir? Və ən əsası, çevrilişlər ölkələrə necə təsir edir?

Hərbi çevriliş və ya çevriliş ölkə içərisindəki bir qüvvənin mövcud hakimiyyəti devirib iqtidarı ələ keçirməsidir. Bu hərəkəti hərbçilər və ya ordu etdikdə isə hərbi çevriliş adlandırılır. Adətən bir qayda olaraq hərbçilər mövcud hakimiyyətin uğursuzluqları, ölkədə sosial-iqtisadi və ya hərbi-siyasi, siyasi problemləri həll edə bilməməsini əsas gətirərək hökumətləri istefaya göndərir, hakimiyyəti ələ keçirirlər.

Hərbi çevrilişlərin bir sıra təsnifatları mövcuddur. İlk və əsas təsnifat hərbi çevrilişlərin “qanlı” və “qansız” olaraq ayrılmasıdır. Qanlı çevrilişlər böyük sayda insan ölümləri, kütləvi qətliamlar, çevrilişə qarşı çıxan kütlələrin ordu tərəfindən qətlə yetirilməsi və eləcə də çevriliş nəticəsində baş verən vətəndaş müharibəsinin səbəb olduğu qırğınlara görə adlanır.

Qansız çevrilişlər isə ciddi silahlı qarşıdurma və etiraz olmadan baş verən, insan tələfətının olmadığı və ya cüzi olduğu çevrilişlərə deyilir.

Məsələn, bir neçə həftə əvvəl Myanmada (Birma) baş verən çevriliş qansız çevriliş adlana bilər. Çünki hərbçilərin gecə ikən hökumət rəhbərlərini həbs edərək faktiki hakimiyyəti ələ keçirməsi ölkədə ciddi etiraz və qırğınlara səbəb olmadı.

Myanmada hərbi çevriliş: Ölkə lideri həbs edildi

Adətən bu cür çevrilişlər zamanı ordu gecə vaxtı hərəkətə keçir, dövlət və hökumət başçıları, nazirlər, hakim siyasi təşkilatın liderləri həbs olunur, daha sonra rəsmi TV və media orqanları nəzarətə götürülür. Ardınca paytaxtın əsas dövlət qurumlarının binaları, strateji obyektlər nəzarətə götürlür və səhər ordu mövcud siyasi rəhbərliyi səriştəsizliyi, ölkədə yaranmış vəziyyətə görə ittiham edərək hakimiyyəti ələ keçirdiyini elan edir.

Mayanma, 2013-ci il Misirdə baş verən çevrilişlər 21-ci əsrdə hərbi çevrilişlərin klassik nümunəsi hesab oluna bilər. Ancaq Myanmadan fərqli olaraq Misirdə devrilmiş siyasi qüvvənin tərəfdarları meydana çıxaraq etiraz edib və nəticədə ordu ilə toqquşmalarda yüzlərlə dinc insan qətlə yetirilib.

Mısır Darbe Rejiminin Bedelini Ödüyor

Adətən hərbi çevrilişlər “demokratiyanın müdafiəsi”, “xalqı hökumətin gətirdiyi fəlakətdən xilas etmək”, yaxud da konkret səbəblərlə, məsələn, kommunizm, yaxud din təhlükəsi (1997-ci il 28 fevral Türkiyədə baş verən hərbi çevriliş – K.R.) əsas göstərilərək həyata keçirilib.

Son dakika: 28 Şubat 1997'den bugüne... Post-Modern darbenin 22. Yılı! | Gündem Haberleri

Hərbi çevrilişləri ordu, bəzi ölkələrdə isə polis vasitəsilə həyata keçirirlər. Bu səbəbdən də bir qayda olaraq çevrilişlərin liderləri hərbçi və ya polis generalları, nüfuzlu komandanlar olur. Hansı ki, əsgərlər (polislər) ona inanır və güvənir. Lakin əlbəttə ki, çevrilişi yalnız hərbçilər, yəni generallar həyata keçirmir. Çevrilişlər əvvəldən, uzun müddət hazırlıqdan sonra həyata keçirilir. İctimaiyyət, mövcud hakimiyyətdən narazı siyasi qüvvələr, etnik və ya müxalif dini qruplar çevrilişçilər tərəfindən cəlb olunur. 2013-cü il Misir hərbi çevrilişi zamanı islamçı Nur Partiyasının iqtidarda olan islamçı “Müsəlman Qardaşlar”a deyil, orduya dəstək verməsi bunun bir nümunəsi idi.

Misir nümunəsində hərbi çevrilişdən 3 gün əvvəl ölkədə mövcud Mursi hakimiyyətinə müxalif olan və orduya yaxın gənclər təşkilatları, siyasi partiya və ictimai təşkilatlar ümumölkə aksiyasi təşkil etdi, 3 gün davam edən etirazlardan sonra ordu müdaxilə edərək “vəziyyəti nəzarət altına aldı”.

Beşinci Yılında Sisi Darbesi ve Mısır'ın Durumu

Təbii ki, çevriliş edən hərbi-siyasi qüvvənin mühüm xarici dəstəyi olmalıdır. Çünki çevrilişin legitimləşdirilməsi, xarici ölkələr tərəfindən tanınması üçün xarici dəstək mühümdür. “Soyuq müharibə” illərində Afrika, Latın Amerikası və Asiyada baş verən çevrilişlərin arxasında bir qayda olaraq ya SSRİ, ya da ABŞ olurdu.

Və nəhayət, hər nə qədər çevrilişlərdə ordu əsas rol oynasa da, xalq kütlələri çevrilişə qədər hazır olur. Ölkə daxilində ictimai rəy mövcud hakimiyyətdən narazı olur, hakimiyyət ölkənin siyasi, hərbi və ya iqtisadi problemlərinin əsas səbəbkarı kimi gözdən düşür və ya bəzi hallarda məqsədli şəkildə gözdən salnır.

İmperiyalar qəbiristanlığında supergüclərin “lokal” qarşıdurması – Hərbi ekspert (Araşdırma) – II Yazı
4 min ildən çox yaşı olan ənənə -

Təbii ki, nadir istisnalar xaric hərbçilər çevrilişdən sonra uzun zaman ölkəni idarə etmirlər. Daha dəqiqi, çevrilişi həyata keçirən komandanlıq və ya hərbi şuralar bir müddətdən sonra ölkədə “siyasi keçidi” təşkil etmək üçün seçki keçirir və bir qayda olaraq çevrilişçi qüvvələrin təmsilçilərindən biri prezident və ya baş nazir seçilir. Türkiyə, Misir, ümumiyyətlə ötən əsrin 60-80-ci illərində baş verən çevrilişlərin əksəriyyətində bu ssenari tətbiq olunub.
4 min ildən çox yaşı olan ənənə -

Tarixdə bilinən ilk hərbi çevriliş eramızdan əvvəl 2350-ci ildə Akkad kralı Sarqon tərəfindən həyata keçirilib. Sonrakı 4 min illik tarix boyunca çevrilişlər hər bir dövlətdə baş verib. Əksər dövlətlərdə əlində hərbi güc olan şəxslər, bəzən hakim ailədən olan şəxslər (adətən monarxiyalarda – K.R.) hakimiyyəti ələ keçirmək üçün hərbi çevrilişə əl atıb. Bunlara adətən saray çevrilişləri deyilib. Daha kiçik bir dairədə, hakim ailə içərisində çevrilişlər olub.

Akkadlar (Akadlar) Hakkında Kısa Bilgi - Antik Tarih

Dünyanın ən uzunömürlü dövlətlərindən biri olan 600 illik Osmanlı İmperiyası zamanı çoxlu sayda hərbi çevriliş baş verib. 12 Osmanlı imperatoru çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Respublika Türkiyəsində də hərbi çevrilişlər olub. Türkiyə Respublikasına 6 hərbi çevriliş cəhdi olub, bunlardan 3 baş tutub, 3-ü isə nəticəsiz olub.

Ümumilikdə isə İkinci Dünya Müharibəsindən sonra dünyada 475 hərbi çevriliş cəhdi baş verib. Bunlardan 236 çevriliş uğurla, 239 çevriliş isə uğursuzluqla nəticələnib və çevriliş yatırılıb. Yuxarıda da qeyd etdiyim kimi, İkinci Dünya Mühairbəsindən sonra hərbi çevrilişlərin sayının çox olması “soyuq müharibə” ilə əlaqədardır. SSRİ və ABŞ arasında qlobal hərbi-siyasi rəqabət müxtəlif ölkələrdə çevrilişlərlə müşayiət olunub. Təbii ki, hər bir çevrilişdə bu iki nəhəng ölkədən birinin dəstəklədiyi və ya yaxşı münasibətdə olduğu qüvvələr hakimiyyətə gəlib. Bəzən isə hərbi çevrilişlər iki nəhəngin rəqabətinin nəticəsi olub.

Ən çox hərbi çevriliş Afrika, Yaxın Şərq və Latın Amerikasında baş verib. İlk sırada Afrika gəlir. Afrikada İkinci Dünya Müharibəsindən sonra 200-dən çox hərbi çevriliş baş verib və bunun təxminən yarısı baş tutub. İkinci yerdə Latın Amerikasıdır. Burada 150-dək hərbi çevriliş cəhdindən yarıya qədəri baş tutub. Ümumilikdə 55 hərbi çevriliş cəhdinin qeydə alındığı Asiya qitəsində isə 36 cəhd uğurlu olub. Yaxın Şərqdə isə 40-dan çox cəhdin yarısı uğurlu olub.

Ümumilikdə isə ən çox hərbi çevriliş cəhdi “soyuq müharibə”nin qızğın dövründə - 1960-80-ci illərdə - qeydə alınıb.

Hərbi çevrilişlər ümumi olaraq müharibələrdəki uğursuzluq, iqtisadi, yaxud siyasi böhranlar zamanı, başqa sözlə, cəmiyyətdə mövcud hakimiyyətlərə inam və dəstək azalanda baş verir. Məsələn, Türkiyədə 1980-ci ildə baş verən hərbi çevrilişdən əvvəl ölkə böhrana yuvarlanmışdı. Küçələrdə solçu – kommunist və millətçi, dindar gənclər arasında toqquşmalarda bir neçə min tələbə dünyasını dəyişmişdi, universitetlər döyüş meydanına çevrilmişdi, üstəlik siyasətdə də dərin böhran vardı. Məsələn, 115 dəfə səsvermə keçirilməsinə rəğmən siyasi qüvvələr (həmin vaxt Türkiyədə prezident 7 ildən bir parlamentdə seçilirdi – K.R) prezident seçilməsində razılığa gələ bilmirdi. Bunun üzərinə iqtisadi böhran da əlavə olunduqda hərbçilərin çevriliş etməsi çoxu üçün normal hadisə idi. Baxmayaraq ki, siyasi qüvvələr ağır zərbə aldı.

4 min ildən çox yaşı olan ənənə -


Ümumiyyətlə, hərbi çevrilişlər ölkədə vəziyyətin normal olmadığı zamanlarda baş versə də, bir çox hallarda həmin ölkəni geri atır, inkişafı ləngidir. Xüsusən də hərbi çevrilişdən sonra hərbçilərin xuntası daha uzun zaman hakimiyyətdə qalarsa və diktatura qurulduqda ölkələrdə vəziyyət daha da pisləşir. Afrika ölkələrində bu cür nümunələr çoxdur. Eyni zamanda hərbi çevrilişlərin uzun illər davam edən vətəndaş müharibəsinə səbəb olması faktları da var. Hər bir halda hərbi çevrilişlər ölkə üçün yaxşı nəticəyə gətirmir, xarici asılılıq artır, normal siyasi hakimiyyətlərin formalaşması bəzən illər alır və bu dövrdə çoxlu sayda siyasi fəallar, günahsız insanlar məhv edilir, iqtisadi inkişaf dayanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...