“Günay Bank”da nə baş verir?

“Günay Bank”da nə baş verir?

"Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir.

Gundeminfo.az xəbər verir ki, bu haqda məlumatı valyuta.az saytı yayıb. Xəbərdə bildirilir ki, 2020-ci ilin yekun illik hesabatını hələ də açıqlamayan "Günay Bank” 2019-cu ilin yekun illik hesabatında 13 milyon 682 min manat yığılmış zərəri olduğunu bildirmişdi. 2020-ci ilin yekununda isə cəmi 408 min manat xalis mənfəət əldə edən bankın yığılmış zərərinin yaxın gələcəkdə azalması ehtimal olunmur.

"Günay Bank” 2020-ci ilin son rübündə - 2 milyon 60 min manatlıq bölüşdürülməmiş mənfəətinin olduğunu bildirmişdi. Bununla bərabər 408 min manat xalis mənfəət əldə edən bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 652 min manata düşəcək. Yəni, bank əvvəlcə bölüşdürülməmiş mənfəətini müsbətə tamamlamalı, daha sonra yığılmış zərərini bərpa etməlidir.

Cədvəldə də qeyd olunduğu kimi bank 6 ildən çoxdur ki, yığılmış zərərini artırır. 2014-cü ildən 2019-cu ilin sonunadək bankın yığılmış zərəri 11 milyon 910 min manat artıb. Bankın cəmi kapitalı isə 6 il ərzində 11 milyon 932 min manat azalaraq 51 milyon 227 min manata düşüb.

Sayt "Günay Bank”ın səhmdarlarını da təqdim edib:

52,13% – Mahmud Məmmədov

40,05% – Yeganə Şirinova

2,67% – Günay İldırımzadə

2,31% – Xanım Məmmədova

1,12% – Samir Cəfərov

1,10% – Mahir Xəlilov

0,63% – Əhməd Mehribani (Fransa)

Məsələ ilə bağlı bank açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, “Günay Bank” ASC son həftə ərzinfə bir neçə Kütləvi İnformasiya Vasitələri səhifələrində Bankın fəaliyyəti ilə bağlı təqdim olunan əsassız məlumatlara cavab olaraq açıqlama təqdim etməyi zəruri hesab edir. “Belə ki, məlumatlarda qeyd olunan göstəricilərin əksəriyyəti Bankın ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil edir.

“Günay Bank” ASC-nin ötən ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digərciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımıza dəstək olan ianələrdən geri qalmadığı, bank öhdəliklərində heç bir axsaqlığın olmadığı, həm müştəri, həm də işçi kollektivinin bütövlüyünü qoruduğu ictimaiyyətimizə məlumdur.

Odur ki, “Günay Bank “ ASC bütün KİV-ləri əsası olmayan məlumatların paylaşılmasına dəstək olmamağa və Bank barədə istənilən məlumatı Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən dəqiqləşdirilərək yaymağa çağırır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...