İcra başçısı qaziyə heç bir kömək etmədi - Yevlaxdan narazılıq

İcra başçısı qaziyə heç bir kömək etmədi -

Xəbər verdiyimiz kimi bir müddət öncə Vətən müharibəsində bir ayağını itirən qazimiz Vasif Nəbiyevin sosial durumuyla bağlı məlumat vermişdik. Müharibədə yaralanaraq bir ayağını itirən gizir V.Nəbiyev ailəsini dolandırmaq üçün bazarda meyvə satdığını bildirmişdi.

V.Nəbiyev şikayətində yaşadığı Yevlax rayonunun İcra Hakimiyyətinin ona qarşı olan laqeydliyindən də gileylənmişdi. Amma onda Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamızla əlaqə saxlayıb qazinin heç vaxt onlara müraciət etmədiyini bildirdilər. Daha sonra isə onlar qazimizlə görüşüb, ona köməklik edəcəklərini söz verdilər.

Bu gün Moderator.az-ın əməkdaşı ilə əlaqə saxlayan qazimiz icra başçısı Anar Tağıyevlə görüşdən məyus ayrıldığını və icra başçısının onun xahişlərindən birini belə həll etmədiyini deyib:

“Problemimi siz işıqlandırdıqdan sonra “Yaşat” Fondu tərəfindən mənə köməklik olundu. Daha sonra isə Yevlax rayon İcra Hakimiyyətindən mənimlə əlaqə saxladılar. Bu gün icra başçısıyla görüşdüm və heç kaş görüşməyəydim. Nə xahiş etdimsə, dedi ki, ona səlahiyyətim yoxdur.

İcra başçısı salamsız-kalamsız məni qəbul edib dedi ki, “buyur, eşidirəm”. Nə xahiş etdimsə, dedi ki, “ona mənim səlahiyyətim çatmır”. Dedim ki, mənim iş qabiliyyətim yoxdu. Həyat yoldaşım tibb bacısıdır, imkan varsa, onun xəstəxanada və ya məktəbdə tibb bacısı vəzifəsinə təyin olunması üçün köməklik edin. Dedi ki, “buna səlahiyyətim çatmır”. Başqa problemlərimi də sadaladım və hansınasa kömək etməsini xahiş etdim. Amma heç bir nəticə olmadı Sonra da dedi ki, icazə verirsən, mən gedim. Mən də dedim ki, gedin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...