YAP-ın qurultayında 200-250 nəfər iştirak edəcək

YAP-ın qurultayında 200-250 nəfər iştirak edəcək

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı sabah, martın 5-də, səhər saatlarında, 9-11 radələrində öz işinə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu haqda tanınmış YAP-çılardan biri deyib. Onun Etikxeber.az-a verdiyi açıqlamaya görə, qurultay məhdud sayda (təxminən 200-250 nəfər) iştirakçı ilə YAP-ın mərkəzi qərargahında baş tutacaq.

Qurultayın YAP-ın qərargahında və məhdud sayda iştirakçı ilə keçirilmə səbəbi isə ölkədə hələ də pandemiyanın hökm sürməsidir.

Partiya rəhbərliyində, YAP-ın rəhbər orqanlarında dəyişikliklərə gəlincə, tanınmış YAP-çı bunun qaçılmaz olduğunu bildirib, eyni zamanda, əlavə edib ki, əsas məsələ, əsas məqsəd ölkənin bir saylı partiyası kimi hakim siyasi təşkilatın daha hərəkətli, daha fəal, daha çevik olmasıdır.

Kimlər gələcək, kimlər gedəcək, bu haqda bir söz deyə bilmərəm, amma şəxsi fikrim budur ki, YAP fəallığını, çevikliyini, hərəkətliliyini daha da artırmalıdır. Köhnə təfəkkürlü insanlarla, köhnə metodlarla çox da uzağa getmək olmaz. Artıq yeni nəfəs, yeni ruh, yeni ruhlu, fəal insanlar partiyanın rəhbər strukturlarında təmsil olunmalıdırlar. Bu zaman YAP daha da güclənmiş, möhkəmlənmiş olar. Təbii ki, YAP ölkənin bir saylı partiyasıdır və heç bir partiya da onunla müqayisə belə oluna bilməz. Amma bununla belə, yenilənmək, dəyişmək, daha da güclənmək lazımdır və şərtdir”-deyə, o, sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, qurultaya bir çox YAP-çı deputat dəvət olunmayıb.

Bu, həmin şəxslərin partiyanın rəhbər orqanlarında - İdarə Heyəti, Siyasi Şura, Mərkəzi Aparat, Gənclər Birliyi və Qadınlar Şurasında, o cümlədən, yerli rayon və şəhər təşkilatlarının rəhbərliyində təmsil olunmaması ilə bağlıdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...