İcra başçısı sürüşmə yerinə gəldi

İcra başçısı sürüşmə yerinə gəldi
Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.

Vüqar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub. Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.

İcra başçısı sürüşmə yerinə gəldi
İcra başçısı sürüşmə yerinə gəldi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...