Aqşin Mehdiyev üsyançı diplomatın yerinə təyin olundu

Aqşin Mehdiyev üsyançı diplomatın yerinə təyin olundu


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

XİN-dən Trend-ə verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

GUNDEMİNFO.AZ qeyd edir ki, bundan əvvəl həmin postda Arif Məmmədov Azərbaycanı təmsil edib. A.Məmmədov bir müddət əvvəl Azərbaycan əlyehinə çıxışlar etdiyinə görə vəzifəsindən azad edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...