Genaralın oğlu Gürgüstanda Almaniya səfirliyindən sığınacaq istəyib?

Ölkədə baş verən “MTN işi” ilə əlaqədar bir neçə yüksək çiyinli məmur həbs edildi. Bu barədə ölkə mətbuatı kifayət qədər məlumatlar yayımladı. Lakin dosye.org-ın əldə etdiyi məlumat digər məlumatlardan fərqli olsada olduqca maraqlıdır.
Xatırlayırsınızsa ötən yazılarımızda “Gürcüstandan Akif Çovdarova qarşı ŞOK İDDİA” başlıqlı məqalədə generalın dövlətə nə qədər zərər vurduğu haqda məlumat vermişdik. Belə ki, keçmiş MTN generalı Akif Çovdarov vəzifə səlahiyətindən sui istifadə edərək respublikanın müxtəlif yerlərində və ölkə xaricində özünəməxsüs formada biznes şəbəkəsi quraraq böyük korrupsiya hallarına yol verib. Hətda məlumatlarda o da vurğulanır ki, Gürgüstandakı biznesinə əmisi oğlu Oruc Çovdarov başçılıq edir.
Gürcüstanda fəaliyyət göstərən SOCAR Georgia şirkətinin Akif Çovdarova məxsüs olduğu haqda müəyyən məlumatlar əldə etmişik. Gürgüstandan mənbəmizin verdiyi informasiyala görə, qeyd edilən şirkətdə bir nəfər belə rüşvətsiz işlə təmin edilə bilməz. SOCAR GEORGİA Marneulidə TEA HOUSE deyilən mərkəz açılıb. Bu Mərkəzin Rəhbəri Namiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. İşə düzəlmək istəyənləri bir qayda olaraq Qazaxda qəbul edilir.
Namiq Hümbətovun qardaşı da Akif Çovdarovun MTN-də rəhbərlik etdiyi Departamentdə polkovnikdir. Adını dəqiq bilməsəkdə soyadı Hümbətovdur. Etiraf edək ki, A. Çovdarov kimi “generallar” “MTN” adı altında hələ bizlərə məlum olmayan neçə-neçə qanunsuzluqlara imza atıb. Təbii ki, Baş Prokurorluğ məsələni araşdırıb, sonda cinayətkarları layiqli cəza ilə “mükafatlandıracaq”.
Bu arada A. Çovdarovla bağlı daha bir tutarlı məlumat əldə etdik. Mənbəmizin bildirdiyinə görə işdən azad olunan və həbs olunacağı istisna ediməyən A. Çovdarovun oğlu Ruslan Çovdarov öləni tərk edib. Onun hal-hazırda Gürgüstanın Marneulide ve Tbilisin gireceyindeki Pomidor istilikxanalarına nəzarət etdiyi bildirilir.
Yaxınlarının dediyinə görə, Ruslan Çovdarov Tbilisin Sheraton Metechi Hotelinde Almaniya səfirliyindən sığınacaq istəyini bildirib. Digər bir məlumatda isə vurğulanır ki, R. Çovdarov ötən həftə Azerbaycandan Gurcustana 2 milyon dollari çantada keçirə blib. Məlumatın nə qədər real olub-olmadığını araşdırmağa çalışacayıq.
Mövzü diqqətimizdə saxlanılır.
723 dəfə oxundu