Rusiya İrandan gələn məhsula qadağa qoydu

Rusiya İrandan gələn məhsula qadağa qoydu

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi, bu ilin oktyabr ayının əvvəlindən Azərbaycan və İrandan 4 626,7 ton təzə tərəvəz və meyvənin idxalına nəzarət edib.

Kanal.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Bildirilir ki, "Viaduct" müvəqqəti saxlama anbarına və "Dərbənd" dəmiryol stansiyasına 1 328,4 ton tərəvəz (kartof, bibər, sarımsaq, xiyar, göyərti və s.) və 3298,3 ton meyvə (çiyələk, naringi, alma, nar, üzüm və s.) qəbul edilib.

Nəzarət tədbirləri zamanı müfəttişlər, karantində olan zərərli obyektlərlə yoluxmuş 4 partiya malın Rusiya Federasiyası ərazisinə gətirilməsinə icazə verməyib.

Qadağan olunmuş məhsullar arasında Azərbaycandan 2,6 ton çiyələk, habelə İrandan 20 ton alma, 17,2 ton gül kələm və 16,5 ton bibər olub. Rusiya bazarına buraxılmayan məhsulların ümumi həcmi 56,3 tondur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...