Əmək haqları və pensiyalar nə qədər artacaq?

Əmək haqları və pensiyalar nə qədər artacaq?

“Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir”.

Bunu “Report”a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq: “Təxminən, 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlanacaq. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”.

Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub: “Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...