Xaçmazda xaraba qalan mədəniyyət ocağı - VİDEO

Xaçmazda xaraba qalan mədəniyyət ocağı -

Xaçmaz rayonunun Qaraçay-Ceg kəndinin mədəniyyət klubu aidiyyəti qurumların biganəliyi və illər boyu baxımsızlıq nəticəsində xarabalığa çevrilib.

Ötən əsrin 50-ci illərində tikilən mədəniyyət klubu vaxtı ilə ətraf yeddi kəndin sakinlərinə xidmət edib, 200 yerlik tamaşaçı zalı var. Uçuq-sökük divarlar zamanında Şövkət Ələkbərova, Əbülfət Əliyev kimi neçə-neçə görkəmli sənətkarın çıxışına şahidlik edib. Klubların tabe olduğu Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzindən bildirilib ki, artıq üç ildir bina qəzalı vəziyyətə düşdüyündən klubla yanaşı, burada yerləşən kitabxana da fəaliyyətini dayandırıb. Binanın təmiri mümkün deyil. Yeni binanın tikilməsinə gəlincə, bununla bağlı nazirliyə müraciət olunub. Nazirliyin hansı qərarı verəcəyi isə hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, klub və kitabxana üç ildir kənd icra nümayəndəliyinin binasına köçürülüb. İllərdir davam edən bu müvəqqəti köçürülmənin isə nə vaxt bitəcəyini bilən yoxdur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...