"Nə istəyirlər desinlər, yazsınlar" - Çingiz Abdullayev

"Nə istəyirlər desinlər, yazsınlar" -
"İstanbul hava limanında üzləşdiyim situasiya ilə bağlı yazdığım statusun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasından xəbərim yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

O bildirib ki, statusu yazmaqda məqsədi uşağın simasındakı təbəssümü və sevincini bölüşmək olub: "Qoy, olsun, nə istəyirlər desinlər, yazsınlar. Mənim bu müzakirələrdən heç xəbərim də yoxdur. Çox sağ olun ki, dediniz, məlumatım oldu".

Qeyd edək ki, Xalq yazıçısı ötən gün sosial şəbəkədəki hesabında yazıb: "Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...