Koronavirusa yoluxan işçilərin maaşı niyə kəsilir?

Koronavirusa yoluxan işçilərin maaşı niyə kəsilir?

Bir neçə gündür ki, koronavirusa yoluxub karantində qalan işçilərin əməkhaqlarının ödənilmədiyi barədə sosial şəbəkələrdə problemlər qaldırılır. Bildirilir ki, 14 gün karantin müddətində işləmədiklərinə görə müəssisə tərəfindən işçilərin maaşı kəsilib. İşçilər isə pandemiyanın bütün dünyada davam edən xüsusi hal olduğunu, bunun onlardan asılı olmadıqlarını dilə gətirərək maaşların verilməməsinin ədalətli olmadıqlarını vurğulayırlar.

“Qafqazinfo” bu məqamda qanunvericilikdə bu kimi hallarda işçilərə maaşın ödənilməsi qaydası ilə maraqlanıb. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət həkimin verdiyi xəstəlik vərəqəsi əsasında həyata keçirilir:

“Vətəndaş koronavirusa görə 14 günlük karantinə götürülübsə, ona həkim-epidemioloq, yaxud müalicə həkimi tərəfindən xəstəlik vərəqəsi verilməlidir. Həmin şəxs əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq üçün xəstəlik vərəqəsini işlədiyi müəssisəyə təqdim etməlidir. Nazirlər Kabinetinin 189 nömrəli qərarına əsasən bu müavinəti xəstənin ilk 14 gününü işlədiyi müəssisə, 14 gündən artıq olan hissəni isə məcburi dövlət sosial sığorta hesabına Dövlət Sosial Müdafiə Fondu ödəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...