SOCAR əməkdaşlarını təxliyə edib - AÇIQLAMA

SOCAR əməkdaşlarını təxliyə edib -

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olunub:

“Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı ilə bağlı xəbərdarlıq edib. Yanvarın 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0 dərəcəyə yaxın, nisbətən yüksək ərazilərdə 2 dərəcəyədək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...