“Azərbaycanın prioritetlərini dəstəkləyirik” - Britaniya səfiri

“Azərbaycanın prioritetlərini dəstəkləyirik” -
“Biz silahlara nəzarət və Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz rəsmi tviter hesabında yazıb.

“Azərbaycanın WPS üzrə Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır” , - deyə səfir vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...