İcra başçısı şəhid anasının evini sökdürüb? - VİDEO

İcra başçısı şəhid anasının evini sökdürüb? -

Şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanova məxsus evin Sabunçu Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən söküldüyü bildirilir.

Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.

Kadrtlarda dağıdılmış tikilinin ortasında dayanan Mehriban Abdurahmanova bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ona evini sökəcəyini deyib:

“Buradakı evlərin heç birinin sənədi yoxdur. Məndən 3 min manat pul istəyirdilər. Mənim verməyə pulum yoxdur. Şəhid anasıyam. Özümə bir otaq tikib başımı qatırdım.

İcra başçısı Adil (Vəliyev) dedi ki, sən oranı tiksən, mən sökəcəyəm. Mənə dedi ki, “Gərək mən də şəhid olam?” Gəldi evimi sökdü. 6 min manata yaxın pul xərcləmişdim bura”.

M. Abdurahmanova deyib ki, sözügedən torpaq sahəsini ona pay veriblər. O həmçinin icra hakimiyyəti əməkdaşlarının ona qarşı fiziki zorakılıq törətdiyini iddia edib.

İddialarla bağlı Sabunçu RİH-lə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Sübhan Mahir oğlu Abdurahmanlı Prezident tərəfindən “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...