Kürdəmir sakinlərinin bitməyən yol dərdi - VİDEO

Kürdəmir sakinlərinin bitməyən yol dərdi -

Kürdəmirin Dədə Qorqud küçəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkir.

Rayonun “Cənub məhəlləsi” adı ilə tanınan küçədə gedib-gələrkən sürücülər bir dərd, piyadalar isə ayrı bir dərd çəkir.

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dədə Qorqud küçəsi və əlavə 7 küçədə abadlıq işlərinin görülməsi nəzərdə tutulur.

“Bununla əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Vəsait ayrıldığı təqdirdə bu işlər davam etdiriləcək”, - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, rayonun əsas küçələrindən olan və asfalt üzünə həsrət qalan bu ərazidən hər gün 2 minə yaxın sakin istifadə edir. Yolun abadlaşması isə aidiyyəti qurumların nəzərdə tutulan planı həyata keçirməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...