Dəniz yolunu bağlayan hasarlar sökülür

Dəniz yolunu bağlayan hasarlar sökülür
Buzovnada Xəzər dənizinə çıxışı məhdudlaşdıran hasarlar sökülür.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb və fotolar paylaşıblar.

Xəzər rayonu İcra Hakimiyyətindən Yeniavaz.com-a faktı təsdiqləyiblər
.
Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirib ki, bununla bağlı icra hakimiyyətində komissiya yaradılıb və Buzovnada dənizin içinə qədər uzanan çəpərin sökülməsi işlərinə başlanılıb:

“Komissiya tərəfindən aidiyyəti dövlət qurumlarının əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahili boyu Buzovna qəsəbəsinin inzibati ərazisində monitorinq aparılıb.
Qeyd olunanlarla bağlı ərazidə yerləşən tikili sahiblərinə dənizin mühafizə zolağında inşa olunan tikililərin sökülərək, ərazinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maarifləndirmə və izahat işləri aparılıb.

Nəticədə vətəndaşların şəxsi təşəbbüsləri ilə Xəzər dənizinin sahili boyu Buzovna qəsəbəsinin inzibati ərazisində mövcud tikililərin (çəpərlərin) sökülərək dənizin mühafizə zolağının əvvəlki vəziyyətə qaytarılması işləri həyata keçirilir”.

G. Qurbanov bildirib ki, aparılan monitorinq zamanı sözügedən ərazidə uzun illər öncə inşa edilmiş və dənizə çıxışı məhdudlaşdıran tikili də müəyyən olunub. O, tikilinin dünyasını dəyişmiş sabiq gənclər və idman naziri Azad Rəhimova məxsus olduğunu deyib.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkə istifadəçiləri Xəzər dənizinə çıxışı məhdudlaşdıran hasarlarla bağlı kadrlar yaymış və aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görməsini tələb etmişdilər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...