Fransa səfiri Yardımlıda ot biçdi - FOTOLAR

Fransa səfiri Yardımlıda ot biçdi -
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Yardımlı rayonunun Hamarkənd kəndində olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Ş. Xuduoğlu bildirib ki, səfir kənddə bir çox şeylə məşğul olub:

“Kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndir çörəyi yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Onu ən çox təəccübləndirən bu oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: “Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik””.


Fransa səfiri Yardımlıda ot biçdi -
Fransa səfiri Yardımlıda ot biçdi -
Fransa səfiri Yardımlıda ot biçdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...