Rusiyada qaz bahalaşacaq

Rusiyada qaz bahalaşacaq
Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onun tabeliyində olan şirkətlər tərəfindən istehsal olunan qazın topdansatış qiymətlərini təsdiqləyib.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qeyd olunan tarixdən sənaye müəssisələri üçün qazın qiyməti 5% artacaq.

Məlumata görə, ƏDV-i nəzərə almadan ən yüksək qiymət Adıge, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol diyarları üçün müəyyən ediləcək - 1000 kubmetr üçün 5 413 rubl.

Ən aşağı qiymət isə Yamalo-Nenets Muxtar Dairəsi üçün nəzərdə tutulur - 1000 kubmetr üçün 2 907 rubl.

Moskva və Moskva vilayətinin müəssisələri 1000 kubmetr üçün 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətinin müəssisələri isə istifadə etdikləri hər 1000 kubmetr qaza görə 5 115 rubl ödəyəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən etdiyi 1 Rusiya rublunun məzənnəsi 0.0311 manat təşkil edir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...