Qida yağları az qala hər gün bahalaşır

Qida yağları az qala hər gün bahalaşır

Azərbaycanda qida yağlarında qiymət artımları davam edir və əsasən də duru yağlarda artım daha çox nəzərə çarpır.

GUNDEMİNFO.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin may ayında xaricdən idxal olunub, bazarda satılan günəbaxan yağı aylıq müqayisədə 5.1%, illik müqayisədə isə 34.9% artıb bir litri 5.61 manata yüksəlib. Yerli istehsal günəbaxan yağının qiyməti isə 2.4%, illik müqayisədə isə 30.3% bahalaşıb, litri 4.98 manat olub.

Xaricdən idxal olunan qarğıdalı yağının qiyməti də bahalaşıb. Dövlət Statistika Komitəsi bildirir ki, onların bir litri 6.84 manata satılır. Bu da aylıq 4.3%, illik isə 22.3% bahalaşıb. Lakin onu da bildirməliyik ki, xaricdən idxal olunan qarğıdalı yağlarının böyük hissəsi real olaraq bazarda litri 8 manatdan yuxarı satılmaqdadır. Yerli istehsal olan qarğıdalının bir aydakı qiyməti 1.9%, illik isə 16.2% bahalaşmaqla 6.09 manat/litr təşkil edib.

Kərə yağının qiymət artımında bir qədər soyuma müşahidə edilməkdədir. Məsələn may ayında yerli istehsal kərə yağının bir kq-ı orta ölçüdə 18.38 manat olub, bu da aylıq 0.4%, illik 11% bahalaşmadır. Xarici istehsal olanlar isə aylıq 1.8%, illik 16.2% bahalaşma ilə kiloqramı 19.38 manat olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...