Bərdədə bayrağı təhqir etdiyi deyilən şəxs kimdir?

Bərdədə bayrağı təhqir etdiyi deyilən şəxs kimdir?

Sosial şəbəkələrdə üçrəngli bayrağımızın təhqir olunması videosu yayılıb.

Gundeminfo.az TİA.Az-a istinadla məlumat verir ki, bir nəfər şəxs obyektə daxil olaraq dövlət bayrağımızı qapıdan əski parçası kimi qoparıb masanın üzərinə tullayıb gedir. Bunu edən şəxsin kimliyi açıqlanmır. Lakin hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb ki, deyilənə görə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşıdır. Əgər iddia təsdiqini taparsa, həmin dövlət məmuru barəsində xüsusi xidmət orqanları araşdırma apara və bayrağımıza nifrət etməsinin səbəbini dəqiqləşdirə bilərlər. Hər halda adı keçdiyi üçün Bərdə İH aydınlıq gətirməlidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyi ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: “Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bərdə RİH də məsələyə münasibət bildirib: "Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...