Erməni əsgərlərinin acınacaqlı səngəri - FOTO

Erməni əsgərlərinin acınacaqlı səngəri -
Xəbər verdiyimiz kimi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlardan sonra erməni ordusu növbəti məğlubiyyətini yaşayaraq geri çəkildi. Nəticədə İrəvan nəinki canlı qüvvə, elə mövqe baxımından da ciddi itkilərlə üz-üzə qaldı.
Azərbaycan hərbçiləri daha əlverişli yüksəklik və ərazilərdə mövqelənərək gələcək təxribatların qarşısının alınması üçün yaxşı imkanlar əldə ediblər. Erməni hərbçiləri isə nəinki mövqe, təminat və şərait baxımından da daha ağır duruma düşüblər.

Erməni əsgərlərinin acınacaqlı səngəri -


Ölən erməni hərbçilərin sayı açıqlandıMəsələn, "Mamul" saytı yazır ki, indi sərhəddə Azərbaycan ordusunun mövqeləri ilə üz-üzə dayanan erməni hərbçilər ağır şəraitdə xidmət aparırlar. Göydən adi bir daş belə atılsa erməni sərhədçinin başını yarara nəinki mərmi və ya güllə ola.

"Erməni ictimai xadim, Hayk Sarkisyan özünün Facebook səhifəsində maraqlı və acınacaqlı durumu əks etdirən bir foto paylaşıb. Fotoda Cermukdakı (İstisu-red.) mövqelərdən biri əks olunub. Görünən odur ki, əsgərlərimiz bu şəraitdə mövqeləniblər,", - nəşr yazıb.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

AzVision.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...