İran qvardiyası komandanının müavini etirazçıları hədələyib

İran qvardiyası komandanının müavini etirazçıları hədələyib
“İğtişaş yaradanlara, təhdid edənlərə, ictimai əmlaka və şəxsi mülkiyyətə ziyan vuranlara, son hadisələrdə cinayət törədənlərə qarşı qətiyyətli mübarizə aparacağıq”.

“Report” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) komandanının müavini general Əli Fədəvi “Fars” agentliyinə müsahibəsində bildirib.

O, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin İsfahanda keçirdiyi görüşdə ölkədə davam edən etiraz aksiyaları ilə bağlı verdiyi bəyanata istinad edərək deyib:

“Biz düşmənin proqnozlaşdırdığı və təsəvvür etdiyi kimi deyil, öz vəzifələrimizi yerinə yetiririk. Bizim vəzifəmiz komandanımızın əmrini və tapşırıq şəraitinin tələblərini yerinə yetirməkdir”.

Qeyd edək ki, ötən həftə Seyid Əli Xamenei İsfahana səfər etmişdi. O, keçirdiyi görüşdə etiraz aksiyalarını “iğtişaş”, iştirakçıları isə “cinayət” adlandırmışdı. İranın ali rəhbəri bu “iğtişaş dalğasının yatırılması”nın vacibliyini bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...