Kaş Ukraynada daha əvvəl hərəkətə keçsəydik: Putin təəssüfləndi

Kaş Ukraynada daha əvvəl hərəkətə keçsəydik:
Ukraynada döyüşən rus əsgərlərinin anaları ilə görüşən Putin Ukraynanın şərqindəki separatçı bölgələrin daha əvvəl Rusiyanın tərkibinə daxil edilməməsindən təəssüfləndiyini bildirib.

Ukraynada döyüşən rus əsgərlərinin anaları ilə görüşən Putin Ukraynanın şərqindəki separatçı bölgələrin daha əvvəl Rusiyanın tərkibinə daxil edilməməsindən təəssüfləndiyini bildirib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində iştirak edən hərbçilərin ailələri ilə bir araya gəldiyi toplantıda diqqətçəkən açıqlamalar verib.

Rusiya lideri 2014-cü ildə Ukraynadan birtərəfli qaydada müstəqillik elan edən Donetsk və Luqansk Xalq Respublikalarını fevral ayında, Ukraynaya müdaxilədən bir qədər əvvəl tanıyıb və Ukraynaya qoşun yeridib. Ölkənin şərqində 9 ay davam edən müharibə bütün şiddəti ilə davam edərkən, son vaxtlar Ukraynanın hücumu qarısında bəzi bölgələrini itirən Rusiya sentyabr ayında Donetsk, Luqansk, Xerson və Zaporojyanı rəsmən ilhaq edib.

Putin dünənki çıxışında separatçı bölgələri Rusiyanın tərkibinə qatmaqda gecikdiklərini deyib və “Belə olan halda daha az əsgərimizi itirmiş olardıq” deyib. Ukraynada həlak olan mülki vətəndaşların sayının daha az olacağını müdafiə edən Putin, 2014-cü ildə Donbasda separatçılarla Ukrayna arasında başlayan müharibə zamanı bölgədəki vəziyyəti və yerli əhalinin hisslərini tam anlaya bilmədiklərini bildirib.

“Biz Minsk razılaşmaları sayəsində Donetsk və Luqanskın Ukraynaya birləşdirilməsi üçün həll yoluna gələ biləcəyimizə inanırdıq və bunun üçün çox çalışdıq” deyən Rusiya lideri 2014-cü ildə Ukraynada anti-Rusiya qüvvələrinin çevriliş etdiyini və bu prosesdə böhran baş verdiyini bildirib.

Ukraynada Meydan nümayişləri kimi tanınan hadisələrdə Rusiyanın dəstəklədiyi prezident Viktor Yanukoviç ölkəni tərk etməli olub, qərbyönlü tərəfdarlar hakimiyyəti ələ keçirib və separatçılar Ukraynanın şərqində birtərəfli qaydada müstəqillik elan ediblər. O vaxtdan bəri bölgədə davam edən qarşıdurmalarda minlərlə insan həyatını itirib.

Bu hadisələrdən 8 il sonra Putin Donetsk və Luqanskın birtərəfli müstəqilliyini tanıyıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...