Əli Xameneinin bacısı qızı yenidən HƏBS EDİLDİ

Əli Xameneinin bacısı qızı yenidən
İran hökuməti ali dini lider Ayətullah Əli Xameneinin bacısı qızı Fəridə Muradxanini xarici hökumətləri Tehranla əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı onun qardaşı Mahmud Muradxaniyə istinadən məlumat yayıb.

Muradxani tviter hesabında yazıb ki, bacısı məhkəmənin qərarı ilə İran prokurorluğuna gedən zaman həbs edilib.

Məlumata görə, o, həbsindən əvvəl müraciət edərək ölkəni bürüyən etirazlar fonunda xarici hökumətləri İranla əlaqələri kəsməyə çağırıb:

“Azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qanlı rejimi dəstəkləməyi dayandırsınlar”.

Qeyd edək ki, Fəridə və Mahmud Muradxani İranın ali dini lideri Xamneyinin bacısı ilə evli olan din xadimi və müxalifət lideri Əli Tehraninin övladlarıdır. Tehrani oktyabrda dünyasını dəyişib.

Xatırladaq ki, İranda sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayan iğtişaşlar iki aydan çoxdur ki, səngimir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...