Slovakiya Ukraynaya 30 döyüş maşını göndərdi

Slovakiya Ukraynaya 30 döyüş maşını göndərdi
Slovakiya Ukraynaya 30 piyada döyüş maşını təhvil verib.

Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

“Almaniya ilə müqavilə çərçivəsində Slovakiyaya məxsus 30 piyada döyüş maşınının Ukraynaya təhvil verildiyini təsdiqləməkdən məmnunam. Gözəl əməkdaşlığa görə Kristina Lambrextə (Almaniya Müdafiə Naziri) təşəkkür edirəm”, - o, “Twitter” hesabında yazıb.

Slovakiya nazirinin qeyd etdiyi Almaniyanın himayəsi ilə həyata keçirilən saziş Slovakiyaya Qərb texnikasının tədarükü müqabilində Ukraynaya Sovet istehsalı olan hərbi texnikanın verilməsini nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...