"17 kv/km ərazisi olan Xırdalanda 250 min nəfər yaşayır"

"17 kv/km ərazisi olan Xırdalanda 250 min nəfər yaşayır"
“Xırdalan cəmi 17 kv/km ərazi olan ərazicə kiçik bir yaşayış məntəqəsidir. Amma cəmi 1700 hektar kiçik ərazidə ən azı 250 min nəfər yaşadığı barədə məlumat var”.
Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

“Rəsmi sənəd üzərində 110 min göstərilsə də, icra hakimiyyət sistemində çalışanlardan qeyri-rəsmi kanallarla öyrəndiyimə görə faktiki yaşayanların sayı 250 min nəfəri ötür. Başqa bir rəqəm də tapmışam - elektrik abonentlərinin (yalnız əhali) sayı 50 mindən artıqdır.
Gedənlər-yaşayanlar bilir, bu ərazidə yol infrastrukturu fəlakətli həddədir. Tikdikcə tikiblər, amma normal yol-nəqliyyat infrastrukturu yaratmaq, nəqliyyat növlərini şaxələndirmək heç kimin ağlının ucundan belə keçməyib. Bunlar olub-keçən işlərdir, artıq geriyə dönüş yoxdur. Kimsə dar yollara bitişik 16-18 mərtəbəli binaları söküb normal genişlikdə prospektlər salası deyil indidən sonra.
Amma indi dözülməz olan odur ki, bütün taksilər dəstə ilə avtobus dayanacaqlarını zəbt edirlər. Avtobusar da öz yerlərində sərnişinlərə xidmət imkanı tapmadığına görə onsuz da dar olan küçələrdə maşınların hərəkət zolağında insanları düşürüb-mindirməyə məcbur qalırlar. Hərəkət zolağında avtobus dayanırsa, aydındır ki, bütün hərəkət durur və böyük tıxaclar yaranır.
Nə hansısa nəqliyyata nəzarət orqanı, nə yol polisi bu problemi həll etməyə maraqlı görünür. Hər gün on minlərlə insan normalda 5-10 dəqiqəyə tərk edə biləcəyi ərazini 35-40 dəqiqəyə güc-bəla ilə çıxıb, Sumqayıt yolundakı növbəti tıxaca çata bilirlər.
Uzunmüddətli müşahidələrim onu göstərir ki, Xırdalan daxilində nəqliyyatın tənzimlənməməsinə, avtobusların dayanacaqda taksi əlindən özlərinə yer tapa bilməməsinə hansısa maraqlar yaşıl işıq yandırır. Əks halda bu problem həll etmək çox asandır. Dayanacaqlara kameralar yerləşdirilir, avtobusların yerini zəbt edənlər həmən cəzalandırılır. Anlayıram ki, Xırdalanda avtobuslar çox pis işləyir və insanlar 1 manatlıq taksilərdən istifadə etməyə məhkumdurlar. Amma taksi dayanacaqlarının avtobus dayanacaqlarından 5-10 metr irəlidə məskunlaşması üçün də kifayət qədər imkan var”, – deyə o bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...