ABŞ kəşfiyyat təyyarəsi Rusiya səmasında göründü

ABŞ kəşfiyyat təyyarəsi Rusiya səmasında göründü
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəhəng strateji kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti səmasında dövrə vurub.

Bu barədə “Flightradar” aviauçuşların izlənməsi xidmətinin məlumatlarından məlum olub.

“JAKE11” çağırış nişanlı “Boeing RC-135W Rivet Joint” təyyarəsi yanvarın 30-da Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb, Almaniya və Polşa ərazisindən yan keçməklə şərqə doğru irəliləyib.

Təyyarə Polşa-Litva sərhədinə yaxınlaşıb və anklavdan 50 kilometr aralıda yerləşən Lazdiyay şəhəri yaxınlığında sərhədi keçib. Kaunas və Klaypeda yaşayış məntəqələri üzərində dövrə vurduqdan sonra təyyarə Polşanın Qdansk şəhərinə doğru hərəkət edib. Beləliklə, bir saat ərzində Rusiya regionu üzərində səmada dövrə vurub.

Mənbə: Lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...