Lukaşenko Rusiyanın Belarusda nüvə silahı yerləşdirəcəyini təsdiqləyib

Lukaşenko Rusiyanın Belarusda nüvə silahı yerləşdirəcəyini təsdiqləyib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus ərazisində nüvə-taktiki silahı yerləşdirəcəyi ilə bağlı məlumatlara ilk dəfə münasibət bildirib.

“Report”un xəbərinə görə, dövlət başçısı parlamentin iclasında deyib ki, nüvə silahının Belarusa yerləşdirilməsi ilə bağlı Minsk və Moskva arasında danışıqlar intensivləşib.

Xatırladaq ki, V.Putin bu günlərdə “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...