Putin Rusiyanın bu ölkələrdəki səfirlərini geri çağırdı

Putin Rusiyanın bu ölkələrdəki səfirlərini geri çağırdı

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb.

Bu barədə imzalanmış fərman hüquqi informasiya rəsmi internet portalında dərc edilib.

Fərmanda qeyd olunub ki, Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilib.

Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Lipayev Estoniyanı tərk edib.

Həmin hadisədən sonra Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarını qəbul edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...