Tramp bu gün hakim qarşısına çıxacaq

Tramp bu gün hakim qarşısına çıxacaq
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün hakim qarşısına çıxacaq.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, onun üzləşdiyi ittihamlar yerli vaxtla saat 14:15-ə (Bakı vaxtı ilə 22:15) planlaşdırılan məhkəmə iclasında tam şəkildə açıqlanacaq. Artıq vəkilləri onun özünü təqsirli bilməyəcəyini bildiriblər.
ABŞ mediasına görə, Tramp bu işdə ən azı bir cinayət ittihamı ilə üzləşir. Digər məlumatlara görə, onun ittiham aktında 30-a yaxın maddə var.
Qeyd edək ki, 76 yaşlı Donald Tramp cinayət işi ilə üzləşən ilk ABŞ prezidentidir.
O, aralarındakı əlaqələri gizləməsi müqabilində Stormi Danielsə etdiyi qanunsuz ödəmələrdə təqsirləndirilir. Trampa qarşı verilən ittiham onun keçmiş vəkili Maykl Koenin işi ilə bağlıdır. O, beş il əvvəl etiraf etmişdi ki, 2016-cı il seçki kampaniyası zamanı Danielsə 2006-cı ildə olan Trampla münasibətləri barədə danışmaması üçün 130 min dollar verib.
İstintaq ödənişin sənədlərdə hüquqi xidmətlərə görə ödəniş kimi göstərilməsinə diqqət çəkib. Bu, maliyyə sənədlərinin qəsdən saxtalaşdırılması kimi qiymətləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...