Ermənistan diversantların adını açıqlayıb

Ermənistan diversantların adını açıqlayıb
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinə keçən iki hərbçisinin adını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu hərbçilər Harutyun Ovaqimyan və Karen Qazaryandır.

Qeyd edək ki, Azərbaycan DSX mayın 26-da axşam bir qrup erməni diversantının Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...