Kadırovun 18 yaşlı digər oğluna da yüksək vəzifə verildi

Kadırovun 18 yaşlı digər oğluna da yüksək vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 18 yaşlı Axmat Kadırov respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov öz “Telegram” kanalında məlumat verib.
“Əminəm ki, bu məsul vəzifəyə təyinat idmanın inkişafı, gənclər siyasətinin həyata keçirilməsi, gənc nəslin vətənpərvərlik, mənəvi-əxlaqi tərbiyəsi sahəsində nazirliyin fəaliyyətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, Axmat özü idmançıdır və qarışıq döyüş növləri, həmçinin boks üzrə birdən çox turnirin qalibi olub.
Qeyd edək ki, bundan əvvəl Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz “Telegram” kanalında ölkə rəhbərinin üç oğlunun, Axmat, Eli və Adam Kadırovların Çeçenistan parlamentinin ali ordeni olan “Daimehkan Siy” (“Vətən Şərəfi”) ordeni ilə təltif edildiklərini bildirib.
Xatırladaq ki, bu ayın əvvəlində Kadırovun 15 yaşlı digər oğlu Adam Kadırov isə Çeçenistan Respublikası liderinin təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...