Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
Ukrayna “TikTok”da 83, o cümlədən tass_agency kanalını bloklayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, buna səbəb həmin kanalların Rusiya təbliğatını yaymasıdır.

“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, - məlumatda bildirilib.

Mərkəz, həmçinin ukraynalılara müraciət edərək təxribat fəaliyyəti həyata keçirən “TikTok” kanalları haqqında məlumat göndərmələrini xahiş edib.

Qeyd edək ki, bloklanan kanallar siyahısına tass_agency ilə yanaşı, izvestia_ru, ntvru, ren_tv_news, ria_novosti, tvrussia1, simonyan.m, shaman.me, nbaskov, fkirkorov və başqaları daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...