“Gürcüstan sovetləşməyə boyun əyməyəcək” – Zurabişvili etirazçıları dəstəklədi

“Gürcüstan sovetləşməyə boyun əyməyəcək” –
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında “Xarici agentlər” haqqında qanuna etiraz edən etirazçıları dəstəkləyib, polisi ölkənin Avropa gələcəyini müdafiə edən insanları həbs etməkdə ittiham edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə prezidenti “X” sosial şəbəkə hesabında yazıb.
“Tiflisdə vətəndaş cəmiyyətinin “Rusiya qanunu”na (“Xarici agentlər” haqqında qanun) qarşı kütləvi dinc nümayişi. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar öz Avropa gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər davam edir. Gürcüstan yenidən sovetləşməyə boyun əyməyəcək”, - Zurabişvili yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...