Ermənistan XİN: Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq

Ermənistan XİN: Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq
İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”, - məlumatda qeyd edilib.

Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...